Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:26

"Большой театр"da balerinaları fahişəliyə məcbur edirlər"


Anastasiya Voloçkova

Anastasiya Voloçkova

-

Tanınmış rus balerinası Anastasiya Voloçkova vaxtilə solisti olduğu "Большой театр" haqda şok ittiham səsləndirib.

"Böyük teatr" Rusiyanın ən nüfuzlu mədəniyyət ocağı sayılır.

Voloçkova NTV kanalının "Dəmir ledi" proqramında bildirib ki, teatrın rəhbərliyi balerinaları fahişəliyə məcbur edir:

"Administrator qızları siyahı üzrə öz otağına dəvət edir (adını deməyəcəm, çünki "Böyük Teatr"da çox tanınmış şəxsdir) və izah edir ki, sən filan "tusovka"ya, banketə gedirsən, sonda da yataq-filan işləri ilə birlikdə".

Aparıcının "Kiminlə?" sualına Voloçkova belə cavab verib:

"Müəyyən oliqarxlarla. Onlardan kimsə Teatrın Hamilər Şurasının üzvüdür, kimsə həmin "tusovka"nı təşkil edən adam... Qızlar administratora sual verəndə ki, əgər razı olmasaq, nə olacaq? Onda onlara deyirlər ki, Böyük Teatrda problemləriniz olacaq".

"Bəs niyə heç kim bu barədə danışmır" - sualının cavabında Voloçkova deyib ki, "çünki qızlar qorxurlar. Kardabaletdən olan istənilən qız necə buna "yox" deyə bilər? Ata bilərlər teatrdan bayıra. Məsələ heç 9 min rublluq maaşda da deyil. Bu, rəqs etmək imkanından məhrum olmaq deməkdir".

Böyük teatrın rəhbəri İksanov proqrama dəvət olunsa da, gəlməyib.

PROQRAMI İZLƏ

Böyük teatrın adı daim qalmqallarda çəkilir. Bu yaxınlarda teatrın bir işçisinin digərinin üzünə turşu atdırması ilə bağlı qalmaqal yaşanmışdı.
Böyük Teatr

Böyük Teatr

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG