Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:15

Azərbaycan alimləri «Türk ədəbiyyatına xidmət baratı» mükafatına layiq görülüb


Paşa Kərimov
Paşa Kərimov
-
MEA Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov və MEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Asif Rüstəmli Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi «Türk ədəbiyyatına xidmət baratı» mükafatına layiq görülüblər.

Xəbəri AzadlıqRadiosuna Əlyazmalar İnstitutundan veriblər.

Öncə Azərbaycan alimləri Mahmud Kaşğarlının «Divani Luğatit Türk» əsərini elm aləminə qazandırmış türk alimi Əli Əmiri Əfəndiyə həsr edilən tədbirlərə qatılaraq Elazığ və Diyarbəkir şəhərlərində məruzə söyləyiblər.

Daha sonra Elazığ Bələdiyyəsi Mədəniyyət və Konfrans Mərkəzində keçirilən tədbirdə Paşa Kərimov və Asif Rüstəmliyə «Türk ədəbiyyatına xidmət baratı» verilib.

Şərəfinə tədbir düzənlənən araşdırıcı və təzkirəçi-alim Əli Əmiri Əfəndi (1857-1923) Mahmud Kaşğarlının dünyaca məşhur «Divan»ını (XI əsr) yenidən elmə qazandıran şəxsdir.

Haqqında əsrlər boyu zaman-zaman söz açılsa da, bu kitab ortalıqda olmayıb.

Bağdadda 1072-1074-cü illərdə yazılan və ən qədim lüğət sayılan bu möhtəşəm əsər 1915-ci ildə İstanbulda təsadüfən tapılıb.

Həmin il yaşlı bir xanım «Divan»ı satmaq üçün Səhhaflar çarşısındakı bir dükana gətirib.

Nə satanın, nə satmaq istəyənin tanıdığı-bildiyi «Divan»a 30 lirə qiymət qoyulub.

Təsadüfən bu çarşıdan keçən Əli Əmiri Əfəndi kitabı görən kimi heyrətlənərək 3 lirə artıq verib 33 lirəyə əsəri satın alıb.

Əsər kitab ovçularının əlinə keçsəydi, xaricə çıxarıla bilərdi.

Deyilənə görə, üstündə pulu olmadığından, Əli Əmiri Əfəndi pulu evdən gətirənədək kitabın başqasının əlinə keçməməsi üçün sahibi ilə bərabər dükanı kilidləyib.

Əvəzində dünya Mahmud Kaşğarlının «Divani Luğatit Türk» kitabına yenidən qovuşub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG