Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:43

“HSBC Holdings” Rusiyadakı fondunu bağlayır


Foto arxiv
Foto arxiv
Britaniyanın “HSBC Holdings” maliyyə birliyi Rusiyadakı “ Hermitage Capital Management” fondunu bağlayır.

Məlumatı çərşənbə axşamı “Bloomberg” agentliyi yayıb.

“Hermitage”nin rəhbəri William Browderin sözlərinə görə, fond səmərəli şöbə kimi fəaliyyətini davam etdirmək üçün artıq çox kiçikdir.

Qərar William Browder və Hermitage Capital fondunun mərhum hüquqşünası Sergei Magnitskynin işi ilə bağlı Rusiyada keçirilən məhkəmə prosesi fonunda verilib.

“HSBC Holdings” vaxtı ilə Rusiya şirkətlərinin səhmlərini alan ən böyük xarici təşkilat hesab olunurdu.
XS
SM
MD
LG