Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Elxan Məmmədov: «İstefa!» qışqıranlar Azərbaycan futboluna qeyri-sabitlik gətirmək istəyir


Azərbaycan-Portuqaliya oyunu

Azərbaycan-Portuqaliya oyunu

-
«O insanlar ki, «İstefa!» qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər».

Bunu Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov deyib:

«Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda, biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik. Bu seçmə mərhələyə başlayanda komandanı Berti Vogts-a tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliyinin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir».

Elxan Məmmədov komanda uduzduğu vaxt bir qrup azarkeşin «İstefa!» şüarları səsləndirməsini yaxşı hal saymır və İngiltərə futbol azarkeşləri ilə müqayisə aparır:

«...İngiltərə futbolu Azərbaycan futbolundan qat-qat yüksəkdədir. O boyda fərq ola-ola, İngiltərə komandasının bu qədər maliyyə dəstəyi ilə, azarkeş mədəniyyəti ilə nəticələrinə baxsaq, görərik ki, komanda cəmi bir dəfə dünya çempionu olub. Hərdən dünya və ya Avropa çempionatlarına heç vəsiqə də qazanmır, amma stadion hər zaman dolu olur, azarkeşlər komanda uduzanda da, onu dəstəkləyir. Amma oradakı azarkeş İngiltərə komandasından daha çox şey tələb edə bilər. Portuqaliyaya qarşı 10 nəfərlə oynayaraq hesab 0:1 olanda, bəzi azarkeşlər motivasiya etməkdənsə, tamamilə demotivasiya edir».

Baş katib bu məsələdə mətbuatı da qınayır. Hesab edir ki, mətbuat bu cür azarkeşləri tənqid etməli və düzünü yazmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG