Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:58

Rusiyada daha bir qeyri-hökumət təşkilatı qara siyahıya düşdü


Rusiyanın “Aqora” hüquq-müdafiə assosasiyası prokurorluğun yoxlamaq istədiyi qeyri-hökumıət təşkilatlarının siyahısına düşüb.

Məlumatlara görə, assosasiyadan təsis sənədlərinin surəti, fəaliyyəti barədə məlumat və xaricdən aldığı pul vəsaitləri barədə sənəd tələb olunur.
Assosasiyanın rəhbəri Pavel Chikov artıq izahat üçün prokurorluğa çağrılıb.

Bundan əvvəl “Memorial” cəmiyyəti və “İnsan haqları uğrunda” hərəkat və “ Amnesty International “ təşkilatının Rusiya şöbəsinin ofislərində axtarış aparılıb.

Ötən ilin noyabrında Rusiyada xaricdən maliyyə dəstəyi alan qeyri-hökumət təşkilatlarının casus hesab edilməsi və qara siyahıya salınmasını nəzərdə tutan qanun qəbul edilib.
XS
SM
MD
LG