Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

«N!DA»çı həbsdə qaldı


Məhəmməd Əzizov
Məhəmməd Əzizov
-
Martın 27-də «N!DA» Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məhəmməd Əzizovun apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna Məmməd Əzizovun vəkili Fariz Namazlı məlumat verib:

«Biz həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirdik. Amma Bakı Apelyasiya Məhkəməsi şikayətimizi təmin etmədi. Məhəmməd Əzizov özü də prosesdə iştirak edirdi, o, ittihamla özünü təqsirli bilmədiyini dedi. Səhhəti ilə bağlı hər hansı problem yoxdur. İndiki vəziyyətindən şikayətçi olmadığını bildirdi».

«N!DA» hərəkatının 4 üzvü – Məhəmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Həsənli hazırda həbsdədir. Onlar barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Həsənli 10 mart aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhddə, Rəşad Həsənov isə qanunsuz silah saxlamaqda ittiham olunur.

«Amnesty International» təşkilatı onları «vicdan məhbusu» hesab edir.
XS
SM
MD
LG