Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22
BRİCS təşkilatının Cənubi Afrikada keçirilən sammiti bu gün yekunlaşır.

Bu təşkilata Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika daxildir.
Bu ölkələrin liderləri ikigünlük sammitdə əsasən üzləşdikləri qlobal iqtisadi məsələləri müzakirə ediblər.

Sammitdə yeni inkişaf bankının yaradılması ilə bağlı razılaşma gözlənilirdi.
Amma bankın maliyyələşdirilməsi və əməliyyat mexanizmi daha çox vaxt tələb etdiyindən geniş razılaşma hələlik yubanır.

Bu bank Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna qarşı yaradılır.
İnkişaf etməkdə olan bu ölkələr hesab edir ki, bu iki beynəlxalq maliyyə qurumu Qərb dövlətlərinin əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG