Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Məhsəti Gəncəvinin 70-ə yaxın nadir əlyazması Azərbaycana gətiriləcək


Məhsəti Gəncəvi

Məhsəti Gəncəvi

-
Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxanalarında saxlanılan 70-ə yaxın nadir əlyazması gələn həftə Azərbaycana gətiriləcək.

Bu barədə apa-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.

Onun dediyinə görə, M.Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 70-dək miniatür, illüstrasiya və rübaisini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə gətirmək mümkün olacaq.

Əlyazmalar XIV-XV əsrlərə aiddir.

S.Pişnamazzadə qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində M. Gəncəvinin 100-ə yaxın illüstrasiyası qorunur.

Şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçısı Paul Smith-in M.Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilib.

Hazırda onların tərcüməsi üzərində iş gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG