Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:27

«Milli Şuranın heç bir siyahısı mövcud deyil»


Bunu Milli Şura üzvlüyü ilə bağlı yayılan siyahıda adı çəkilən politoloq Zəfər Quliyev AzadlıqRadiosuna müsahibəsində deyib:

«Hazırda Milli Şuranın strukturu ilə bağlı ayrı-ayrı siyasi partiyalar arasında açıq danışıqlar gedir. Yəni bu qurumun struktur forması necə olsun və s.
Siyahı haqqında deyilənlər isə tamam yalandır. Bu, ola bilsin hakimiyyət tərəfindən məqsədli yayılan bir siyahıdır, ya da kiminsə öz beyninin məhsuludur, oturub belə bir siyahı tərtib edib. Bir vaxtlar kölgə kabinetində təmsil olunanlarla bağlı da siyahı ortaya çıxmışdı. Görünür zaman-zaman kimlərsə bu kimi məsələləri gündəmə gətirməkdə maraqlıdır».

«Yeni Müsavat» qəzetinin martın 27-də yaydığı məlumata görə, 50 nəfərin adı yer alan Milli Şura siyahısını «Minval.az» saytının yazarı Səməd Əkbərov öz facebook profilində paylaşıb. Sözügedən siyahıda siyasi partiya rəhbərlərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin adları yer alıb.

Bu ilin yanvarında kinorejissor Rüstəm İbrahimbəyov «Amerikanın Səsi» radiosuna verdiyi müsahibəsində Milli Şura yaratmaq istədiklərini bəyən edib.

O, yaratmaq istədikləri Şurada təxminin 50 nəfərin təmsil oluna biləcəyini deyib. Amma o, Şuranın konkret nə vaxt yaradılacağı və kimlərin təmsil olunacağı barədə bir söz deməyib.
XS
SM
MD
LG