Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24
-

ABŞ-da ilk dəfədir ki, prezident və onun ailə üzvlərini mühafizə edən Məxfi Xidmətin rəhbərliyinə qadın gətirilib. Ötən gün Julia Pierson-un təyinatını ölkə prezidenti Barack Obama elan edib.

Bu təyinatı Konqresin təsdiqləməsi tələb olunmur. Pierson-un 30 ilə yaxındır bu idarədə işlədiyi və son zamanlar aparat rəhbəri olduğu buldirilir.

Məxfi Xidmətin əvvəlki başçısı Mark Sullivan fevral ayında istefa verib. Son illər onun idarəsində bir neçə böyük qalmaqal yaşanıb.

O, prezidentin Kolumbiyaya səfəri zamanı baş verən insidentə görə ötən il konqresmenlər qarşısında izahat verməli olub.

Kolumbiyanın Kartaxen şəhərində ABŞ prezidenti Barack Obama-nın gəlişini gözləyən bir neçə məxfi agent fahişələrlə əyləndiklərinə görə, xidmətin 8 əməkdaşı işdən kənarlaşdırılıb.

2009-cu ildə isə Ağ Evdəki rəsmi şam yeməyinə 2 kənar adam keçə bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG