Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:04

Gənclər sənədli film çəkməlidir - [Video]


-

Facebook-dan şərh yaz


Telefonumda kamera var, kompüterimdə montaj proqramı. Ağlıma ideya gəldi, çəkdim, Youtube-da yerləşdirdim. Bəs necə yayım? Ən sadə yol sosial şəbəkələrdən keçir.
Texnologiyanın əlçatımlılığı film çəkib yaymağı asanlaşdırıb.
Bəs bu cür filmlərin çəkilməsinin əhəmiyyəti nədir? Yeni media vasitələri kino sənətinə necə təsir edir? Hər əlinə kamera alıb film çəkəni rejissor saymaq olarmı? Yeni media kinematoqrafiyaya nə verə bilər?
Mövzunu «Cinema Gənc Kinematoqrafçılar Mərkəzi»nin sədri Fehruz Şamıyev, rejissor Əli İsa Cabbarov, Cəmil Quliyev və film yazarı Sevda Sultanova müzakirə ediblər:

Feyruz Şamıyev:

- Kimin rejissor olub- olmadığını indiki zamanda ayırmaq çətindir. Amma hər əlinə kamera götürən rejissor ola bilməz.
- Tanınmış dünya rejissorları var ki, heç kino təhsilləri yoxdur. Amma çəkdikləri filmlərin milyonlarla izləyicisi var.
- Rejissorun yaxşı zövqü, maraqlı və fərqli yanaşması olmalıdır.
- Azərbaycanda kino sahəsində olan insanların ictimai fəallığı hər zaman çox zəif olub. İctimai fəallığı jurnalistlər, ədəbiyyatçılar ediblər. Kino admaları isə hər zaman kölgədə qalıblar. Bilmirsən nədən qorxurlar, ehtiyat edirlər?
- Bütün dünyada filmlər çəkilir. Sonra onun hansı cərəyana aid olduğu müəyyənləşir. Azərbaycandasa əksinə filmin cərəyanı müəyyən edilir, sonra film çəkilir.
- Azərbaycan kino adamları tənbəldirlər.

Rejissor Cəmil Quliyev:

- Kino sənəti universal sənətdir. Kinorejissor humanitar fənləri bilməklə yanaşı, dəqiq elmləri də bilməlidir.

- Kino sənəti dərin və geniş intellektual bilikləri olan insanların sənətidir. Amma kitabdan, ədəbiyyatdan, musiqidən xəbəri olmayanlar da özünü rejissor adlandırır. Rejissor gərək bütün sahələri yaxşı bilsin.

Rejissor Əli İsa Cabbarov:

- Azərbaycanda ənənəvi peşəkarlıq nümunəsi olub. Yəni məktəb oxumadan da yaxşı jurnalist yetişib. Məsələn, Çingiz Mustafayev... Onun şəxsi təcrübəsi, cəsarəti onu önə çıxara bildi və çəkdiyi görüntülər dünyaya yayıldı.
- Əsgər ölümləriylə bağlı «Onlar yoxdur» filmini çəkən gənclər əli kitablı, mənəvi zəngin insanlardı. Gənclərin hazırladığı bu filminə münasibətim çox gözəldir. «Onlar yoxdur» vaxtında verilmiş mesajdır.
- Heç kimə heç nəyi qadağan etmək, qarşısını almaq mümkün deyil. Yaxşı olardı ki, gənclər daha çox dokumental filmlər çəkib, sosial şəbəkələrdə yerləşdirsinlər. Bədii filmlərdənsə dokumental filmlərə meyl etmək lazımdır. Telefon, adi kamera vasitəsiylə insanları diqqətini hansısa məsələyə yönəltmək mümkündür.
- Gənclər həvəslə sənədli film sahəsində işləməlidir.

Sevda Sultanova:

- Kinorejissorlar arasında elə bir fikir formalaşıb ki, kino çəkmək üçün yaxşı pul, bahalı texnikaya gərək var. Əgər sənin ideyan varsa və sənin bu ideyanı gerçəkləşdirmək istəyirsənsə heç kim sənə mane ola bilməz. Sözsüz ki, Azərbaycan kinosunda maliyyə problemi var. Bütün problemlərə baxmayaraq gənclər anlamalıdırlar ki, onlar yaxşı film çəkə bilərlər.
- Ümumiyyətlə bizim insanlar eksprimentlərdən, təcrübələrdən qorxurlar.

Burulğan rubrikasında isə Aydan Salahovanın son müsahibəsi müzakirə edilib:

Verlişə qatılan Adil Ələsgərov adlı dinləyici:

- Aydan Salahova ateistdir, dinə qarşıdır. O öz müsahibəsində də bu haqda danışıb. Bu da əsas verir ki, biz ona etiraz edək qarşı olaq. Axı niyə o dinə istehzalı yanaşır. Bir neçə il əvvəl İlham Əliyev Aydan Salahovanın əsərinin Bakıda sərgilənməsinə yasaq qoymuşdu. İnsanların dini inancına lağ etmək yaxşı iş deyil.

- Bəzən deyirlər ki, incəsənətə sərhədsizdir. O zaman pornoqrafiyanı da incəsənət hesab edək də. Mənəviyyat olmayan yerdə nə incəsənət?

Sevda Sultanova:

- Avropanın özündə də incəsənətə etiraz, basqılar olur. Hər bir incəsənət nümunəsinin konteksti, məzmunu olmalıdır. Əgər bu yoxdursa, həmin incəsənət nümunəsi mənasızdır. Mən, məzmunu, konteksti olmayan filmlərə baxmıram.

Verlişi tam dinləmək üçün:


XS
SM
MD
LG