Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:02
-
«O insanlar ki, «İstefa!» qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər».

Bunu Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov deyib:

«Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda, biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik. Bu seçmə mərhələyə başlayanda komandanı Berti Vogts-a tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliyinin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir».

Elxan Məmmədov komanda uduzduğu vaxt bir qrup azarkeşin «İstefa!» şüarları səsləndirməsini yaxşı hal saymır və İngiltərə futbol azarkeşləri ilə müqayisə aparır:

«...İngiltərə futbolu Azərbaycan futbolundan qat-qat yüksəkdədir. O boyda fərq ola-ola, İngiltərə komandasının bu qədər maliyyə dəstəyi ilə, azarkeş mədəniyyəti ilə nəticələrinə baxsaq, görərik ki, komanda cəmi bir dəfə dünya çempionu olub. Hərdən dünya və ya Avropa çempionatlarına heç vəsiqə də qazanmır, amma stadion hər zaman dolu olur, azarkeşlər komanda uduzanda da, onu dəstəkləyir. Amma oradakı azarkeş İngiltərə komandasından daha çox şey tələb edə bilər. Portuqaliyaya qarşı 10 nəfərlə oynayaraq hesab 0:1 olanda, bəzi azarkeşlər motivasiya etməkdənsə, tamamilə demotivasiya edir».

Baş katib bu məsələdə mətbuatı da qınayır. Hesab edir ki, mətbuat bu cür azarkeşləri tənqid etməli və düzünü yazmalıdır.

MEYDANDA «İSTEFA» SƏDALARI
«Portuqaliya ilə oyunda Azərbaycan yığmasından razı qala bilmərəm»

Trend-in məlumatına görə, bunu DÇ-2014-ün Portuqaliyaya qarşı Bakıda keçirilən oyunundan (0:2) sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Vogts mətbuat konfransında deyib:
«Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını bilirdik. Təəssüf ki, iki qol buraxdıq. Portutqaliyanın bir neçə güclü futbolçusu var. Buna baxmayaraq, az da olsa, uğur qazanmaq şansımız var idi. Hücüm futbolu gozləyirdim. Ancaq bunu bacara bilmədik. Biz bunu bacarmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm».
Vogts deyib ki, Azərbaycan millisində inkişaf var:

«Azərbaycan FİFA reytinqində əvvəl hardaydı, indi hardadı, bunu nəzərə almaq lazımdır».

Portuqaliya milli komandasının baş məşqçisi Paulo Bentu isə deyib ki, biz hər oyuna qələbə üçün çıxırıq:

«Bu gün belə alındı ki, rəqib 10 nəfərlə qaldı. Bu, bizi daha da ruhlandırdı. Bu, hakimin qərarıdır və onu şərh etmək istəmirəm. Bizim üçün rəqibin meydanda neçə nəfərlə olmağının fərqi yoxdur».

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi Portuqaliyaya 0:2 hesablı məğlubiyyəti stadiona toplaşan minlərlə azarkeşlərin etirazına səbəb olub.
İlk qolu buraxdıqdan sonra Tofiq Bəhramov adına stadionda Azərbaycan yığmasının baş məşqçisi Berti Vogts-a xitabən «İstefa!» şüarları səslənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG