Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19
Bu gün futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir.

Azərbaycan millisi öz meydanında Portuqaliya yığmasına 0:2 hesabı ilə məğlub olub.

Uzun müddət hesab açılmayıb. İkinci hissənin əvvəlində (55-ci dəqiqədə) hakim Azərbaycan millisinin oyunçusu Rauf Əliyevə qırmızı vərəqə göstərdi.

Çoxluqda qalan qonaqlar tezliklə hesabı açaraq, bir qədər sonra daha bir qol vurmağa nail oldular. Qolları Azərbaycan millisinin qapısına Bruno Alves (oyunun 63-cü dəqiqsəində) və Hugo Almeida (79) vurublar.

Azərbaycanın oynadığı F qrupunda turnir vəziyyəti belədir.

1 Rusiya 4 8:0 12
2 Israil 5 13:8 11
3 Portuqaliya 6 9:6 8
4 Şimali İrlandiya 4 3:5 3
5 Azərbaycan 6 2:6 3
6 Lüksemburq 5 2:12 2

Günün bütün mövzuları

XS
SM
MD
LG