Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46
İtaliyanın xarici işlər naziri Giulio Terzi iki italiyalı hərbi dənizçinin Hindistana verilməsinə etiraz olaraq istefa verib.

Dənizçilər Hindistanda qətldə ittiham olunurlar.
Hərbçilər 2012-ci ildə ticarət gəmisində keşik çəkərkən 2 balıqçını səhvən dəniz qulduru kimi hesab edərək güllələyiblər.

Hindistan hakimiyyəti geri qayıtmaq şərti ilə onların seçkidə iştirak etməsi üçün vətənə dönmələrinə icazə veribmiş.

İtaliya hökumətinin ilkin olaraq onları verməkdən imtina etməsi diplomatik mübahisəyə səbəb olmuşdu.
Amma sonda dənizçilər ədalətli məhkəmə şərti ilə ötən həftə Hindistana qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG