Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Bircə sualı cavabla - iPod qazan! (Ötən həftənin sualına cavab: "Salinger...)


ipod Shuffle

ipod Shuffle

-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı əsərdəndir?

“...Ölünün saçını yolmaq bəlkə də yaxşı iş deyil. Amma burdakı bu ölülər buna layiqdi axı. Biri elə indicə saçını yolduğum o qadın: ilanı dörd bölər, qurudar, sonra da sarayın keşikçilərinə quru balıq adına satardı... Bununla dolanardı. Əgər taundan ölməsəydi, indi də yəqin o işlə məşğul idi. Hələ bir deyirdilər ki, onun satdığı balıq dadlıdı, keşikçilər həmişə məzə kimi o balıqdan alırdılar. Mən demirəm ki, o qadın pis iş tuturdu. Bunu eləməsəydi, acından ölərdi...”

Cavabınızı aprelin 1-ə qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

J.D.Salinger-in "Çovdarlıqda uçurumdan qoruyan" romanı

47 düzgün cavab göndərilib.

Püşkatma nəticəsində qalib Faiq Ömərov olub.

Göndərilmiş digər cavab variantları:

V.Hüqo. Səfillər,
Corc Oruel. 1984,
Barak Obama. Atamın arzusu,
S.Baycan. Quqark və s..


Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız hələ 7 həftə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorinada iştirak edə bilməz).
XS
SM
MD
LG