Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:01
Kiprin Mərkəzi Bankı bütün bankların martın 28-dək bağlı qalacağını bəyan edib.

Mərkəzi Bank bunun ölkənin bütün bank sisteminin rahat fəaliyyəti üçün edildiyini bildirib.

Kiprlə avrozona ölkələri arasında əldə edilən razılaşmada əmanətlərə vergi tətbiq edilməsi və bunun əvəzində Kiprə 10 milyard avro kredit verilməsi nəzərdə tutulur.

Kütləvi pul çıxarılmasının qarşısını almaq üçün Kipr bankları martın 16-dan bağlıdır.

Kipr mətbuatının məlumatına görə, Kipr Bank-ın prezidenti Andreas Artemis istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG