Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Əfqanıstanın Calalabad şəhərindəki hücumu Taliban törədib


Calalabadda hücum
Calalabadda hücum
Əfqanıstanın Calalabad şəhərində polis məntəqəsinə edilmiş hücum nəticəsində azı 5 polis ölüb, 4-ü isə yaralanıb.

Yerli polis rəisinin sözlərinə görə hücumda azı 8 intiharçı iştirak edib.

Onlardan biri minalanmış maşını məntəqənin qarşısında, 3-ü isə özünü binanın içərisində partladıb.
4 yaraqlı isə atəşmada öldürülüb.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Hücum ABŞ Dövlət katibi John Kerrynin Əfqanıstana səfəri zamanı törədilib.
XS
SM
MD
LG