Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

Şimali Koreya raketlərini ABŞ-a tuşlayıb


Foto arxiv
Foto arxiv
Şimali Koreya raketlərini ABŞ-ın Havay adasındakı Quam bazası və ABŞ-ın əsas ərazilərinə yönəltdiyini deyir.

Şimali Koreyanın rəsmi xəbərlər agentliyi bunun ABŞ təyyarələrindən gözlənilən təhlükəyə cavab olduğunu yazır.

Hazırda Birləşmiş Ştatlarla Cənubi Koreya regionda birgə hərbi təlim keçirirlər.

Məlumatlara görə, Şimali Koreya komandanlığı buna görə raket və uzaq mənzilli artileriya qüvvələrini hazırlıq vəziyyətinə gətirib.

Çinin xarici işlər nazirliyi bütün tərəfləri səbrli olmağa çağırıb.

ABŞ-la Cənubi Koreya Şimali Koreyadan gələn ən kiçik təhlükəyə belə birgə hərbi cavab verilməsi ilə bağlı razılaşma imzalayıblar.
Cənubi Koreya prezidenti Park Çjin He ( Park Geun-hye) Şimalı tutduğu kursdan dönməyə çağırıb.

Şimali Koreyanın bu ilin fevralında yeni nüvə sınağı keçirməsi regionda vəziyyəti daha da gərginləşdirib.
BMT-nin təhlükəsizlik şurası buna cavab olaraq Pxenyana qarşı yeni sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG