Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:55

AXCP üzvü Daşqın Məlikov saxlanıb


Martın 25-də Sumqayıt polisi AXCP üzvü 22 yaşlı Daşqın Məlikovu saxlayıb.

Bu haqda AzadlıqRadiosuna onu qardaşı Coşqun Məlikov məlumat verib. Onun sözlərinə görə, qardaşının üstündən 100 manat saxta pul çıxıb:

«Həmin pulu 2008-ci ildə mənim toyuma yazdırmışdılar. O vaxtdan Daşqın həmin pulu saxlayırdı. Qardaşım etiraz aksiyalarında fəal idi. Onu izləyirdilər. Necə oldu neçə il idi tutmurdular. Həm də bu saxta pul haqda o dövrdə polisə məlumat vermişdik. Surətini də çıxartmışdılar. Ancaq indi yadlarına düşdü».

Daşqın Məlikov hazırda Sumqayıt şəhər polis idarəsində saxlanılır. Sumqayıt polisindən Daşqın Məlikovun saxlandığını təsdiqlədilər. Ancaq haqqında məlumat verə bilməyəcəklərini dedilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə iş günü olmadığından martın 27-də məlumat verə biləcəklərini dedilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG