Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:35

Azərbaycan Portuqaliya yığmasına qalib gəlmək istəyir


Arxiv foto
Arxiv foto
-

«Dünyanın ən güclü yığmalarından birinə qarşı oynayacağıq. Biz də meydana gücümüzü qoymağa çıxacağıq».

Bunu Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Portuqaliya oyunu qabağı Azərbaycan yığma komandasının hücumçusu Rauf Əliyev bildirib.

AFFA.az saytının məlumatına görə, Rauf Əliyev deyib ki, «azarkeşlərimiz bizdən böyük ölkələrin yığmaları ilə oyunlarda sensasiya gözləyirlər. Bu il daha çox səfərdə və ehtiyatlı oynamışıq. İsrail yığması zəif deyil və Portuqaliyaya qarşı yaxşı oyun göstərdi. Biz də elə oynayıb, rəqibi əks-hücumlarda «tuta» bilərik.

Portuqaliya millisi təkcə Ronaldo və Nani-dən ibarət deyil. Onların futbolçuları böyük klublarda oynayır. Sadəcə, Ronaldo, Nani olanda daha güclü olurlar».

Azərbaycan yığma komandasının baş məşqçisi Berti Vogts isə deyib ki, yığmanın hazırlığından razıdır:

«Bizi dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşma gözləyir. Ronaldo və Nani-nin oynamaması işimizi asanlaşdırmır, əksinə, çətinləşdirir. Çünki onların yoxluğunda Portuqaliya millisinin bütün futbolçuları özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq. İndiyə qədər keçirdiyimiz oyunlarda bəxtsizlikdən və müəyyən səhvlər ucbatından xallar itirməsəydik, hazırda aktivimizdəki xalların sayı çox olardı».

Berti Vogts deyib ki, «ümid edirəm ki, Portuqaliya yığması ilə oyunda sürpriz edə biləcəyik. Oyuna yaxşı nəticə qazanmaq üçün çıxacağıq. Qalib gəlmək istəyirik və bunun üçün çalışırıq».

T. Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu AzTV və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq.

Qarşılaşma saat 21:00-da başlayır.

Qarşılaşmanı baş hakim Andre Marriner, köməkçiləri Simon Peter Bennett, Stuart idarə edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG