Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Bakıda yeni yerüstü piyada keçidi tikilir


Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb. Bu barədə Trend-ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Mürsəliyev bildirib ki, Nərimanov rayonu Atatürk prospekti 47 ünvanında yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb.

Onun sözlərinə görə, keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq.

Ərazidə artıq bütün kommunikasiyalar köçürülüb.

Mürsəliyev deyib ki, elektrik, rabitə və su xətlərinin yeri dəyişdirilib. Onun sözlərinə görə, tikinti işləri 2013-ü ilin yay aylarında başa çatdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG