Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:52

Polis: Berezovsky-nin ölüm səbəbi «intihar versiyasına uyğun gəlir»


Boris Berezovsky
Boris Berezovsky
-

Rusiyalı oliqarx Boris Berezovsky-nin ölüm səbəbi «intihar versiyasına uyğun gəlir». Bunu Britaniya polisi meyitin yarılmasının nəticələrini açıqlayarkən deyib. Həmçinin bildirilir ki, iş adamının «bədənində zorakılıq əlaməti» tapılmayıb.

Bununla belə Berezovsky-nin intihar edib-etmədiyi açıqlanmır.

Bildirilir ki, növbəti mərhələdə ekspertlər toksikoloji ekspertiza keçirəcək və nəticələr bir neçə həftəyə məlum olacaq. Bu müddət ərzində

Berezovsky-nin meyitinin aşkarlandığı ev mühasirədə saxlanacaq

67 yaşlı Berezovsky şənbə günü Londonun 40 kilometrliyində yerləşən Askot kəndindəki evinin hamamında ölü tapılıb.

İş adamı və siyasətçi Rusiyanı 2000-ci ildə tərk edib və Böyük Britaniyadan siyasi sığınacaq alıb. O, vaxtaşırı Rusiya prezidenti Vladimir Putini tənqid edirdi.

Boris Berezovsky Rusiyada axtarışda idi. Onun haqqında dövlət əmlakını mənimsəmə ittihamı ilə qiyabi həbs qərarı çıxarılmışdı.

Son vaxtlar Berezovsky-nin sərvətinin kəskin azaldığı bildirilirdi.

O, Londondakı ofisini bağlamış, bir sıra bahalı əmlakını hərraca çıxarmışdı.

Bəzi yoldaşları deyirlər ki, Berezovski özünə qəsd edə bilərdi.

Çünki ciddi maliyyə itkiləri ilə üzləşmişdi

Berezovskinin yaxın dostlarından biri isə BBC-nin müxbiri Riçard Qalpinə danışıb ki, ölümündən az əvvəl oliqarx onunla mümkün intiharı barədə söhbət edib.

Həmin dostu deyib ki, Berezovskinin həmin sözlərini o zaman ciddiyə almayıb.

Həmin adam BBC-nin müxbirinə onu da deyib ki, Berezovski axır vaxtlar
Polis Berezovskinin Ascot-dakı evində, 26 mart 2013
Polis Berezovskinin Ascot-dakı evində, 26 mart 2013
epressiyaya qarşı dərmanlar qəbul edirdi.

Malikanısində Berezovskinin meyitini onun cangüdəni tapıb. O, bunun üçün hamamın qapısını sındırmalı olub.

Polisin məlumatına görə, cangüdəni Berezovskini axırıncı dəfə martın 22-də axşam 11-in yarısı görüb.

Şefi ona sabaha tapşırıqlar verib. Səhər saat 10-da cangüdən malikanəni tərk edib və saat 15 00-da qayıdıb.

Bu müddət ərzində malikanə mühafizəsiz qalıb

O evə qayıdanda şefinin telefonuna bir neçə zəng gəldiyini, amma onlara cavab verilmədiyinə diqqət edib.

Bundan narahat olan cangüdən evi axtarmağa başlayıb və hamamın qapısını sındıranda orada Berezovskinin meyitini döşəmədə aşkar edib.

Onun paltarı əynində imiş və yanında heç bir kağız qoymayıbmış.

Oliqarxın boğulması haqda ilk dəfə Britaniyanın “Guardian” qəzeti yazmışdı.

Berezovskinin dostu Nikolay Qluşkov deyib ki, oliqarx boğulub: “Boris boğulub ölüb, bunu ya özü edib, ya da kimsə buna kömək edib” – deyə o bildirib.

Amma Berezovskinin ölüm xəbərindən dərhal sonra Putinin sözçüsü Dmitri Peskov demişdi ki, ölümündən bir müddət əvvəl Berezovski Rusiya prezidentinə məktub yazıb səhvlərini etiraf etmiş, üzr istəmiş və Rusiyaya qayıtmasına şərait yaradılmasını istəmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG