Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41
“Biz çətin durumdayıq. Ancaq mümkün olmayan heç nə yoxdur. Dünya birinciliyinə getməyin bir yolu var, o da Azərbaycan yığmasına qalib gəlməkdir”- bunu Azərbaycanla martın 26-dakı oyun ərəfəsi Portuqaliya yığmasının müdafiəçisi Joao Pereira deyib.

Bu məlumatı verən Reuters agentliyi yazır ki, “komandanın talismanı” Ronaldonun Bakıda oynamamağı ilə baş məşqçi Paulo Bentoiya təzyiq artır.

"Milli komanda mənim ikinci evimdi. Bakıda oynamayacağıma görə çox məyus oldum. Əşyalarımı toplayıb birbaşa Madridə yollanmaq ən adi qərar olardı. Buna görə də, Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşündüm və belə də, etdim".

Korner.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin ulduzu Cristiano Ronaldo Portuqaliya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib:

"Komanda il birgə məşq edirəm. Oyun zamanı isə yoldaşlarıma azarkeşlik edəcəm. Yaxşı oyun göstərib , qələbə qazana bilərik. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər".

Millisinin qrupdakı vəziyyətini dəyərləndirən Ronaldo Azərbaycan yığması haqda da danışıb:

"Bizə çox səhv etmək olmaz. İsraillə oyunumuz istədiyimiz kimi getmədi. Hələ Rusiyanı qabaqlamaq şansımız qalır. Biz ancaq bu haqda düşünməliyik.

Əminəm ki, Azərbaycan bizə qarşı tamamilə fərqli futbol göstərəcək. Çünki hər komanda bizə qarşı ən yaxşı oyununu göstərmək istəyir. Bizi heç də asan sınaq gözləmir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG