Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:00

Sarkisian Hovannisian-a məktub göndərir


-
Ermənistan president Serj Sarkisian işarə edir ki, prezidentliyə keçmiş namizəd, indi isə aclıq edən Raffi Hovannisian-la dialoqa hazırdır.

Prezidentin mətbuat xidməti Hovannisian-a məktubu açıqlayıb. Məktubda Sarkisian Hovanissianı 2 həftədir davam edən aclığı dayandırmağa və danışıqlara çağırır.

Sarkisian-ın məktubu Hovannisian-ın cümə günü prezidentə göndərdiyi məktuba cavabdır.

Hovannisian həmin məktubda təklif edirdi ki, fevralın 18-dəki president seçkilərində Sarkisian-ın qələbəsini tanıya bilər, bir şərtlə ki, bu ilin axırında parlament seçkiləri keçirilsin.

Həmin məktubda Hovannisian həmçinin seçki qanunvericiliyində islahat aparılmasını və bir sıra mühüm hökumət vəzifələrinə seçki ilə təyinat istəyir.

O öz məktubunda yazırdı ki, bunlar olmasa, onun tərəfdarları kütləvi aksiyalara çıxacaqlar.

Fevralın 18-dəki seçkilərin rəsmi nəticələrinə görə, Sarkisian 58, Hovannisian 37 faiz səs yığıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG