Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:25

Kremlin QHT-lərə prokuror-vergi basqısı


 Sergey Nikitin Amnesty International-ın illik hesabatını təqdim edir ( arxiv- 2008-ci il)
Sergey Nikitin Amnesty International-ın illik hesabatını təqdim edir ( arxiv- 2008-ci il)
-
Rusiya prokurorları Amnesty İnternational təşkilatının Moskva ofislərində yoxlama aparırıar.

Təşkilatın Rusiya bölməsinin rəhbəri Sergey Nikitin deyib ki, prokurorluq və vergi müfəttişləri Moskva ofislərində elan olunmamış audit yoxlaması aparırlar.

“Bazar ertəsi səhər Moskva prokurorluğundan 3 nəfər və bir vergi müfəttişi bizim ofisimizə gəldi və bizə istədikləri sənədlərin siyahısını verdilər”.

Moskvada “İnsan Haqları Uğrunda” hərəkatın ofisində də yoxlama aparılır.

Hərəkatın lideri Lev Ponomaryov Moskva prokuroruna məktub göndərərək bu yoxlamanı qanunsuz adlandırıb.

Keçən ay Rusiya rəsmiləri 2000 QHT-də yoxlama aparıblar.

ABŞ səfirliyi bu yoxlamalarla bağlı öz dərin narahatlığını bildirib. Avropa Şurası isə belə yoxlamaları dərhal dayandırmağa çağırıb.

Rusiya ABŞ-ın Beynəlxaql İnkişaf Agentliyinin fəaliyyətini bu ilin əvvəllərində dayandırdı. Kreml agentliyi Rusiyanın daxili siyasətinə qarışmaq cəhdində ittiham etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG