Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Kipr və kreditorlar razılığa gəldi


Kipr hökuməti və beynəlxalq kreditorlar Kiprə 10 milyard avro yardım verilməsi haqda razılığa gəliblər.

Bu razılaşma xəbəri Brüsseldə elan olunub.

Ehtimala görə, bu saziş Kiprin ikinci bankı Laikinin bağlanmasına apara bilər.

Razılaşmadan sonra Laikinin və Kipr Bankının 100 min avrodan çox pul qoyan əmanətçiləri öz pullarının bir qismini itirə bilər. Bu məbləğ dəqiqləşdirilmir.

Bazar ertəsi Avropa Mərkəzi Bankının Kiprə vediyi vaxt başa çatırdı. Bundan sonra Mərkəzi Bank Kiprə fövqəladə maliyyələşməni dayandırmaqla hədələyirdi.
Mərkəzi Bankın Kiprə fövqəladə maliyyələşməni dayandırması Kipr hökumətinin iflas elan etməsinə və hətta Kiprin avrozonadan çıxmasına apara bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG