Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:13

Vəfa Quluzadə: «Suriyada nə baş verirsə, İsrailin və Amerikanın xeyrinədir» [Video]


-
Martın 25-də AzadlıqRadiosunun «İşdən Sonra» verilişində politoloqlar Vəfa Quluzadə, Rasim MusabəyovElxan Şahinoğlu «İsrail-Türkiyə barışığı, Suriyanın aqibəti və Azərbaycanın mövqeyi» barədə fikirlərini bölüşüblər:




«Əslində İsrail-Türkiyə münasibətləri Mavi Mərmərədən öncə pozulmuşdu». Politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyənin İsraildən əsas 3 tələbi var idi:

«Mavi Mərmərə» gəmisinə hücum zamanı öldürülən türk vətəndaşlara görə üzr istənilsin, öldürülən insanların ailələrinə təzminat ödənilsin, Qəzzanın blokadası ortadan qaldırılsın. İsrail hökuməti 3 şərti də yerinə yetirməyə hazır olduğunu deyib.

Politoloq Vəfa Quluzadənin fikrincə, Amerikanın bu məsələdə vasitəçilik etməsi onun necə qüdrətli dövlət olmasını bir daha sübut edib:

«Mən hesab edirəm ki, dünya siyasətinin və iqtisadiyyatının lokomotivi ABŞ-dır, Obama-nın parlaq şəxsiyyəti və uğurlu siyasəti nəticəsində Amerika gün-gündən güclənir və gələcəkdə bundan da artıq hegemonluq etməsinə imkan yaranır».

Vəfa Quluzadə deyib ki, Obama-nın Yaxın Şərqə səfərini uğurlu hesab etmək olar:

«KONFLİKTİN OLMASI AMERİKAYA SƏRF ETMİRDİ»

Vəfa Quluzadə

Vəfa Quluzadə

«Bu səfərin əsas səbəbi İsrail-Türkiyə münasibətlərinin qaydaya salınması idi, İsrail özünü son illərdə şıltaq uşaq kimi aparırdı, Amerika da nəhayət başa düşdü ki, bu vəziyyətə son qoymaq lazımdır. Amerikanın regionda ən böyük dayağı Türkiyə və İsraildir, buna görə də konfliktin olması Amerikaya sərf etmirdi. Amerika dünyadakı liderliyini bu məsələni həll etməsi ilə yenə də bildirdi».

Elxan Şahinoğlunun fikrincə, Türkiyənin İsrail ilə yenidən barışması ərəb dövlətlərinin bəzilərini narazı sala bilər.

Vəfa Quluzadə də bu fikri dəstəkləyərək bildirib ki, əgər Fələstin dövləti yaranmasa, bütün müsəlmanlar Amerikaya və İsrailə qarşı düşmən mövqedə olacaqlar, Fələstin xalqına olan zülm dayanmalıdır ki, vəziyyət normala qayıtsın:

«İsrailin Ərəb ölkələri ilə münasibətləri yaxşılaşdırması İsrailin dəfələrlə güclənməsinə gətirib çıxara bilər».

Politoloq Rasim Musabəyov bu barışığa o qədər də optimist yanaşmır:

«Mən düşünmürəm ki, bir zənglə Türkiyə ilə İsrail arasında olan problemlər aradan götürüldü, Türkiyə güclü dövlətdir və get-gedə regionda hakim qüvvəyə çevrilmək uğrunda onlar yenə üz-üzə gələcəklər və bu problemlər artacaq».

Rasim Musabəyov onu da qeyd edib ki, Suriya məsələsində Türkiyə ilə İsrailin mövqeləri üst-üstə düşür:

«Bu dövlətlərin hər ikisi hakimiyyətdən Bashar Assad-in Əsədin getməsinin və demokratik dövlətin qurulmasının tərəfdarıdır».

«TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİNİN PİSLƏŞMƏSİ AZƏRBAYCAN ÜÇÜN O QƏDƏR DƏ CİDDİ PROBLEM YARATMIRDI»

Rasim Musabəyov

Rasim Musabəyov

Rasim Musabəyov deyib ki, Türkiyə ilə Azərbaycan çox yaxın dövlətlərdir, İsrail də Azərbaycan üçün müttəfiq dövlət sayıla bilər, amma o qədər də ciddi əlaqələr yoxdur:

«Biz İsraildən silah alırıq, onlar bizdən neft alır, amma o qədər də yaxın münasibətimiz yoxdur, İsraildə Azərbaycan səfirliyinin olmaması da bunu təsdiqləyir».

Vəfa Quluzadə bildirib ki, İsrail bu yaxınlarda böyük qaz yataqları tapıb və bu qazı Türkiyəyə ixrac etmək istəyir, bu da Rusiyanı narahat edir, çünki həmin qaz İsraildən Türkiyəyə ixrac edilsə, Türkiyənin Rusiyadan iqtisadi asılılığı bitəcək. Vəfa Quluzadə Suriyada baş verən hadisələrin İsrail və Amerikanın xeyrinə olduğunu deyib:

«Suriyada nə baş verirsə, İsrailin və Amerikanın xeyrinədir, çünki Amerika və İsrailə düşmən mövqedə dayanan Suriya artıq yoxdur».

Türkiyə-İsrail arasında olan konfliktin Azərbaycana zərər gətirmədiyini vurğulayan politoloq deyib ki, Azərbaycan hər iki dövlətlə də dostluq siyasəti yeridir.

Bir müddət əvvəl beynəlxalq mediada yer alan, Rusiyadan ayrılan pulların Azərbaycan və İrandan keçirilərək Suriyaya aparılması iddiası ilə bağlı Rasim Musabəyov deyib ki, o, bu iddiaların doğruluğuna inanmır:

«Mən Rusiyadan Azərbaycan üzərindən Suriyaya pul keçirildiyi fikrinə inanmıram, əksinə Suriyadan çıxarılan pulların bir çoxu Rusiyaya aparılıb. Əgər, belə bir pul daşınıbsa belə, bu daşımalar üçün heç bir qadağa yoxdur».

Elxan Şahinoğlunun fikrincə isə, hakimiyyət daxilində elə acgöz adamlar var ki, müəyyən pul müqabilində bu işi həyata keçirə bilərdilər.

Verilişi tam olaraq buradan dinlə:

Şərhləri göstər

XS
SM
MD
LG