Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23
-


Bu barədə Gəncə şəhər Təmizlik İdarəsinin rəisi Elmar Əzizov məlumat verib.

Onun sözlərinə görə, 1 həftədir ki, şəhərdəki sahibsiz itlərin öldürülməsinə qadağa qoyulub. Üstəlik idarənin nəzdində olan ştat ləğv edilib.

E. Əzizov deyir ki, itlərin güllələnərək öldürülməsi əvvəldən qadağan olsa da, küçə itlərinin artımının qarşısını məcburiyyətdən güllələyərək alırdılar.

Elmar Əzizov deyir ki, baş idarədən itlərin sayının azaldılması üçün yeni metod və göstərişlərin verilməsini gözləyirlər.

Ötən həftə AzadlıqRadiosunun müxbiri Gəncədə sahibsiz itlərin güllələnməsindən reportaj hazırlamışdı. Həmin yazıda bildirilirdi ki, statistikaya əsasən 2013-cü ilin təkcə 2 ayı ərzində Gəncədə 870 sahibsiz it öldürülüb.

Şərhləri göstər

XS
SM
MD
LG