Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:01

Bayram günlərində 11 minə yaxın adam həkimə müraciət edib


Novruz bayramı günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 11 minə yaxın şəxs müraciət edib. Yəni, təxminən hər gün orta hesabla 1700 nəfərin təcili yardım istədiyi bildirilir. Adi günlərdə isə belə çağırışların sayı təxminən 1500 olur.

Bu haqda stansiyanın baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyev Trend-ə deyib. Onun sözlərinə görə, bu göstərici yanvar və fevral ayları ilə müqayisədə azdır, həmin aylarda qriplə bağlı stansiyaya edilən çağırışların sayı daha çox olub.

O. Şahmalıyev bayram günlərindəki çağırışların əksəriyyətinin qan təzyiqinin artması, ürək ağrısı və s. ilə bağlı olduğunu bildirib.

Çağırışların ikisi isə yanıqla bağlı olub. Bayram tonqalının üstündən tullanmaq istəyən 19 və 20 yaşlı iki gənc yanıq xəsarətləri alıb. Onlardan biri xəstəxanaya çatdırılıb.

O. Şahmalıyevin sözlərinə görə, xroniki xəstələr adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar da, bayram günlərində pəhrizi pozurlar. Şəkərbura, paxlava və digər şirniyyatlar onların səhhətinə mənfi təsir göstərdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG