Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:16

3 il fasilədən sonra beynəlxalq futbol Bağdada qayıdır


İraqın milli yığması
İraqın milli yığması
Martın 26-da İraqın milli futbol yığması Bağdadda ilk yoldaşlıq oyununu keçirəcək. Bu, FİFA-nın 5 gün əvvəl İraqda futbol qarşılaşmalarının keçirilməsinə qadağanı aradan qaldırması ilə mümkün olub.

İlkin olaraq yoldaşlıq oyununun İraqın İrbil şəhərində keçirilməsi planlaşdırılsa da, sonradan oyunun Bağdadda keçiriləcəyi elan edilib.

Bağdadda sonuncu beynəlxalq futbol qarşılaşması 2009-cu ilin sentyabrında baş tutub. 2011-ci ilin sentyabrında İordaniya ilə qarşılaşma zamanı stadionda elektrikin fasilələrlə verilməsindən sonra İraq Dünya Çempionatı çərçivəsində «ev oyunlarını» Qətərdə keçirib.

Hələlik FİFA iyunun 11-də baş tutacaq İraq-Yaponiya qarşılaşmasının hansı şəkildə keçiriləcəyinə aydınlıq gətirməyib.
XS
SM
MD
LG