Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

Bakıda havanın temperaturu 20 dərəcəyə çatacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, martın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam yerlərdə zəif duman müşahidə ediləcək. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə isə havanın temperaturunun 20 dərəcə isti olacağı proqnozlaşdırılır.

Martın 26-dan 28-dək mülayim yaz havası meteohəssas insanlar üçün əsasən, əlverişli olacaq.

Martın 26-da respublikanın bölgələrində hava şəraitinin əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyə kimi isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG