Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:45

Kürdəmirdə minik maşını ilə «KamAZ» toqquşub, iki nəfər ölüb


Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə martın 24-ü saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 203-cü kilometrliyində, Kürdəmirin Xırdapay kəndi ərazisində qeydə alınıb.

Kürdəmir sakini, 1968-ci il təvəllüdlü Mürsəlov Şamil Talıb oğlunun idarə etdiyi VAZ 2103 markalı minik maşını qarşı tərəfdən gələn, 1990-cı il təvəllüdlü Güləliyev Vasif Səfixan oğlunun idarə etdiyi «KamAZ» markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində VAZ 2103-ün sürücüsü Şamil Mürsəlov və sərnişini, 1996-cı il təvəllüdlü Rəhimov Elvin Möhkəm oğlu hadisə yerində vəfat edib. Elvin Rəhimovun anası, 1968-ci il təvəllüdlü Rəhimova Dilarə Tacəddin qızı isə ağır dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG