Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

Azərbaycanlı matros aldığı güllə yarasından ölüb


Arxiv foto
Arxiv foto
-

Martın 24-də axşam saatlarında Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsində insident olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, matros Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib.

Matros Hümbətov aldığı güllə yarasından həlak olub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG