Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:46

Ələt-Astara magistralını birləşdirən körpü açıldı


Mişarçayın üzərindəki körpü təmir edilib
Mişarçayın üzərindəki körpü təmir edilib
-

Ələt-Astara magistralını birləşdirən körpü 3 həftədən sonra yenidən istifadəyə verilib. Cəlilabad rayonun ərazisindən keçən Mişarçayın üzərindəki körpü martın 3-ü axşam saatlarında uçmuşdu.

Körpü 15 gün ərzində əsaslı təmir edilib və martın 24-də yenidən açılıb.

Bu körpü Ələt-Astara magistralını birləşdirir. İrandan və digər ölkələrdən gələn, 20 tondan çox yükə malik olan maşınlar burdan keçir.

Məlumata görə, bu, körpü ilə bağlı ilk hadisə deyildi. Qəza vəziyyətinə düşən körpü bir dəfə də təmirə dayanıb.

Ələt-Astara magistralını birləşdirən körpülərin çoxu sovet dövründən qalmadır və aşağı tonnajlı yük maşınları üçün nəzərdə tutulub.

XS
SM
MD
LG