Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

«Suriyaya silah və pul daşınması Azərbaycan üzərindən həyata keçirilir»


Foto:ProPublic
Foto:ProPublic
-
«Suriya höküməti milli pullarını Moskvada çap edir ki, əsgərlərinə maaş verə bilsin». New York-da yerləşən ProPublic araşdırmaçı jurnalistika qrupunun gəldiyi nəticə belədir.

Təşkilat Suriyadakı vəziyyətlə bağlı «Suriya münaqişəsinə imkan yaradanlar» adlı hesabat yayımlayıb.

Hesabatda üçüncü tərəflərin hansı davranışlarının Suriyadakı hadisələrin davamlı etdiyindən danışılır.

Hesabatdakı qrafikdə Suriyaya birbaşa kömək edən ölkələr göstərilib.

Hesabata görə, İtaliya, Yunanıstan, ABŞ-dan olan şirkətlər Suriyaya texnologiya, Gürcüstan, Liviya, Kipr, Anqola, Venesuela, İran və Rusiya neft, benzin yardımı edir. Bundan başqa Belarus, Şimali Koreya, İran və Rusiya silahla da təmin edir. Son iki ölkə Suriya hökumətinə həmçinin maliyyə və döyüşçü göndərməklə də dəstək verir. Adı çəkilən ölkələrdən başqa da Suriya ilə Azərbaycan da daxil olmaqla 30 ölkə hüquqi baxımdan əməkdaşlıq edir. Hesabatda bəzi hissələrdə Azərbaycanın adı hallanır.

240 TON PUL HARA, NECƏ DAŞINIB?
ProPublica.org saytında dərc olunan geniş yazıda Moskva-Dəməşq təyyarə reyslərinin sənədləri, Rusiya və Suriya rəsmilərinin mərbuata açıqlamaları, iqtisadçı ekspertlərin rəyi analiz edilir.
Sayt yazır ki, Moskva-Dəməşq marşrutu ilə uçan Rusiyanın İl-76 yük təyyarəsinin uçuş sənədlərində əskinaz (Bank notes) daşınması göstərilir. Hər dəfə 30 ton yük daşıyan təyyarə 8 belə reys həyata keçirərək Moskvanın Vnukovo hava limanından Dəməşqin Beynəlxalq aerportuna 240 ton pul daşıyıb. Suriya və Rusiya rəsmiləri də mətbuata açıqlamalrında təsdiq edirlər ki, Suriya höküməti üçün pullar çap olunur, lakin söhbət aşınmış əskinazların yenisi ilə əvəz olunmasından gedir.
Suriya prezidenti Bashar Assad
Suriya prezidenti Bashar Assad
Lakin ProPublica-nın hesablamaları göstərir ki, Suriya hakimiyyəti silahlı müaxlifətə qarşı hərbi əməliyyatları davam etdirmək üçün sadəcə olaraq pul maşınını işə salır. Bunun üçün Suriya hökümətinə ayda 500 milyon dollar vəsait lazımdır.
Münaqişə başlamazdan əvvəl Suriyanın valyuta ehtiyyatları 17 milyard dollar olduğu halda, hazırda təqribən 6-8 milyard həcmində qiymətləndirlir. Suriya funtu bu müddət ərzində 44 faiz qiymətdən düşüb. Vətəndaş müharibəsinə qədər Suriya büdcəsi əsasən vergilər hesabına formalaşırdı, hərbi əməliyyatlar isə ölkə iqtisadiyyatının vergi potensilaını xeyli zəiflədib. Bütün bunları yazan ProPublica belə bir nəticəyə gəlir ki, Suriya hökuməti Moskvada çap etdiyi pullarla öz ömrünü uzatmağa çalışır.
Yeri gəlmişkən, sayt yazır ki, Suriyaya uçan pulların marşrutu Azərbaycan və İran hava fəzasından keçir:

«2012-ci ilin oktyabrında Türkiyə Moskvadan Dəməşqə uçan təyyarəni məcburi yerə endirib yoxlama apardıqdan sonra Rusiya hərbi avadanlıqları daha dolayı yolla- Moskvadan Azərbaycana, İrana, İraqa və oradan Dəməşqə göndərməyə başladı. Sənədlərə görə, təkcə 2012-ci ilin noyabr-dekabr aylarında Moskvadan Dəməşqə 4 uçuş olub, onların hər birində Suriyaya təmir olunmuş Mi-25 hücum helikopterləri aparılıb»

PİLOT PUL DAŞIDIQLARI HAQDA MÜSAHİBƏ VERİB

Halbuki Türkiyə üzərindən həyata keçirilən uçuş daha qısa olardı.

Sayt yazır ki, Moskva Suriya ilə Türkiyə arasında olan gərgin münasibətlərdən, təyyarənin Türkiyə tərəfindən məcburən yerə endirilməsindən ehtiyyat edir.

Suriyaya olan uçuşlar barəsində İngiltərənin The Sunday Telegraph qəzeti də yazıb.

Qəzet özünü Nazim kimi təqdim edən və ailəsi ilə birgə Suriyadan qaçaraq İordaniyada yaşayan hərbi pilotdan müsahibə alıb.

Telegraph.co.uk saytında yayımlanan müsahibədə Suriya Hərbi Hava Qüvvələrinin Nazim adlı keçmiş pilotu Nazim Rusiyanın Suriyaya Bashar Assad hökumətinə yolladığı silah-sursat və nağd puldan danışıb.

Pilot deyib ki, ilk dəfə tək olaraq 2012-ci ilin aprelində Suriya-İraq-İran-Azərbaycan-Rusiya marşrutu ilə Moskvanın Vnukovo aeroportuna uçub. Orada təyyarəyə 30 ton nağd pul yüklənib. Pulların çoxu isə Rusiya rublunun istehsal olunduğu Perm şəhərindən gətirilib. Pullar yükləndikdən sonra Nazim Dəməşqə geri qayıdıb:

«Biz ora çatanda Suriya mərkəzi bankının maşınları gözləyirdilər. O maşınlar pulları alıb birbaş Suriya banklarına gedirdilər».
Pilot danışır ki, həmin vaxtdan sonra Rusiyaya və geri uçuşlar müntəzəm xarakter daşıyıb, ayda üç dəfə uçuş edib, yüklər isə eyni- Suriya pulu, avro və dollar qarışıq nağd pul olub. Nazim deyib ki, 2012-ci ilin avqustuna kimi 15 oxşar uçuş edib.
50 yaşlı pilot deyib ki, indiyə kimi humanitar, tibbi yardım hətta bəzən silah da daşıyıb. “Ancaq indi bu yaxşı deyil, çünki silahlar indi mülki camaata qarşı istifadə olunur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG