Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:53

Karzai sülh danışıqları üçün Qətərə gedəcək


Hamid Karzai
Hamid Karzai
Əfqanıstan prezidenti Hamid Karzai Talibanla sülh danışıqlarının mümkünlüyünü müzakirə etmək üçün yaxın vaxtlarda Qətərə gedəcək.

Səfər çərçivəsində Qətərin paytaxtı Dohada Talibanın siyasi nümayəndəliyinin yaradılması da müzakirə olunacaq.

Əfqanıstan rəhbərliyi bundan əvvəl bəyan edib ki, əgər Taliban əl Qaidə ilə əlaqəni kəsib terrorçuluqdan imtina etsə danışıqlara başlamaq üçün Qətərdə nümayəndəliyini aça bilər.

Prezident Hamid Karzai bu günlərdə Birləşmiş Ştatları Talibanla birtərəfli danışıqlar aparmaqda günahlandırıb.
XS
SM
MD
LG