Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:52

Bakıda ev sahibi yanğın nəticəsində ölüb


Bakının Nəsimi rayonundakı birotaqlı mənzildə baş vermiş yanğın nəticəsində 1 nəfər ölüb.

Ölən ev sahibi Roshkova Svetlanadır.
Onun cəsədini yanğınsöndürənlər tapıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 10:15-də söndürülüb.

Həmçinin Nərimanov rayonundakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın binanın şaxtasından keçən elektrik naqillərində əmələ gəlib.

Yuxarı mərtəbələrdən 6 sakin köçürülüb, 1 hamilə qadın və azyaşlı uşağı isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG