Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:18

Geyim zövqünü müzakirə edirik


-

Facebook şərhləri 25.03.2013

Facebook-dan şərh yaz



«Bizim rejissorlar, yazıçılar, aktyorlar yaradıcı adamdan daha çox jek müdirinə, aqronoma, qardaşı oğlunun toyuna gəlmiş polis mayoruna oxşayırlar».
Geyimə aid bu fkirlər Facebook-da paylaşılmış yazıdan götürülüb.

Sosial şəbəkələrdə geyim mövzusu, zaman-zaman, qızğın müzakirələrə səbəb olub. 2 baxış daha çox hallanır: bir qrup düşünür ki, bizlər geyimi özünüifadə vasitəsinə çevirə bilmirik. İkinci qrupsa Azərbaycanda insanların lap Avropanı paxıllandıracaq şəkildə geyindiyini iddia edir.
Geyim zövqümüz, geyimdə üzə çıxan və çıxmayan özəlliklərimiz

Martın 25-də axşam saat 7-də Azadlıq FM-də müzakirə ediləcək

Qonağımız Azərbaycandakı geyim tərzini bəyənməyən gənc ictimai fəal Ülvi Həsənlidir.
Sizlər nəyi bəyənib-bəyənmədiyinizi düşünürsünüz?
Geyiminizlə peşəniz arasında bağlantı var? Hər bir adam özəl üslüba ehtiyac duymalıdırmı? Geyiminiz təhsil və dünyagörüşünüzü əks etdirirmi? Geyim iç dünyanızı açıqlayır, yoxsa qapadır? Dəbi kim diktə edir: ünlü modelyerlər, yoxsa cibinizdəki pul? Bəyəndiyiniz geyimi necə tapırsınız? Necə geyinənlərə həsəd aparırsınız?
Proqramı canlı

Youtube-də

AzadlıqRadiosu-nun efirində dinlə

Facebookdan bax və şərh yaz

Və ya canlı efirə


SMS yaz: 050 744 10 17
e-mail göndər: efir@azadliqradiosu.az
zəng et: 012 436 77 41
XS
SM
MD
LG