Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

Macarıstanda Novruz Bayramı konsertlə qeyd edilib


-

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Novruz bayramı münasibəti ilə bayram konserti keçirib.
Xəbəri AzadlıqRadiosuna səfirliyin mətbuat xidməti verib.
Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı diplomatik korpus nümayəndələrindən, Macarıstanda təhsil alan və yaşayan həmvətənlərimizdən, macar ictimaiyyətinin nümayəndələrindən ibarət auditoriya qarşısında böyük proqramla çıxış edib.
Xəbərdə deyilir ki, Xalq artisti Mənsum İbrahimovun, gənc müğənni Arzu Əliyevin ustalıqla ifa etdikləri muğam və xalq mahnıları, respublikanın əməkdar artistləri, tarzən Elçin Haşımovun və kamançaçı Elnur Əhmədovun, zərb alətləri ifaçısı Kamran Kərimovun musiqi nömrələri böyük maraqla qarşılanıb və təkrarsız Azərbaycan musiqisi haqqında dinləyicilərdə dolğun təsəvvür yaradıb.
Konsertin əvvəlində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Novruz bayramı, onun çoxəsrlik ənənələri, Azərbaycan xalqının yaşam tərzi və milli mədəniyyətindəki yeri haqqında qonaqlara ətraflı məlumat verib
Konsertdən sonra Novruz süfrəsi açılıb, qəbul düzəldilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG