Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Gürcüstanda saxlanan 8 azərbaycanlı ekipaj üzvü sərbəst buraxılıb


Foto arxiv

Foto arxiv

Türkiyəyə məxsus “Aydar” gəmisinin 8 azərbaycanlı ekipaj üzvü dindirildikdən sonra sərbəst buraxılıblar.

Məsələyə Azərbaycanın Batumidəki baş konsulu müdaxilə edib.

Bu barədə APA agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevə istinadla xəbər verir.
E. Abdullayevin sözlərinə görə, gəmi neytral ərazisdə saxlanılıb.

Abxaziyadan Trabzona hərəkət edən “Aydar” gəmisi martın 20-də saxlanıb.

Gəminin və ekipaj üzvlərinin Gürcüstan sərhəd polisi tərəfindən həbs olunduğu və Poti dəniz limanına göndərildiyi barədə məlumatlar yayılsa da, Gürcüstan tərəfi martın 22-də bu məlumatı təkzib edib.
Bildirilib ki, gəmi pis hava şəraitinə görə, marşrutu ilə hərəkət edə bilməyib və Poti limanında gözləməli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG