Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:26

Bayramda təcili yardıma 1700 müraciət edilib


-
Bayram günləri Bakıda təcili tibbi yardıma 1700 müraciət daxil olub.

Bunu ANS-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

O, əvvəlki illərlə müqayisədə bu il bayram günlərində ciddi problem və ya fəsadlaşma qeydə alınmadığını deyib:

«Müraciətlərə nəqliyyat qəzaları nəticəsində xəsarət alanlar, məişət travmaları, mədə-bağırsaq xəstəlikləri, qan-damar xəstəlikləri, uşaqların temperaturunun artması və s. səbəblər daxildir».

Bundan başqa, Bakıda bayram günlərində 15 yol qəzası baş verib. Bu qəzalarda 20 nəfər yaralanıb, 2 nəfər ölüb. Martın 20-dən respublika ərazisində 61 yol qəzası qeydə alınıb ki, nəticədə 18 nəfər ölüb, 89 nəfər xəsarət alıb.

Bayram günlərində 7 nəfər də dəm qazından zəhərlənib.
XS
SM
MD
LG