Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22

Rusiyada 2 Azərbaycan vətəndaşının qətlli ilə bağlı istintaq yekunlaşıb


Leninqrad vilayətində iki Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə bağlı istintaq yekunlaşıb.

APA-nın məlumata görə, 33 yaşlı Moldova vətəndaşı Oleg Olemskiy, 27 yaşlı Özbəkistan vətəndaşı Hikmətulla Tursunov və onun 25 yaşlı qardaşı İzzətullo Tursunov cinayəti törətməkdə şübhəli bilinirlər.

Onlar ötən il fevralın 25-də iki Azərbaycan vətəndaşını aldadaraq Kirişi şəhərindəki “Mayak” qaraj kooperativinə çağırıb, onları qətlə yetirib, üstlərindəki 300 min rublu götürüb, sonra isə meyitləri onların öz avtomobilinin yük yerinə qoyaraq yandırıblar.

Öldürülən Azərbaycan vətəndaşları əlvan metalların alveri ilə məşğul imişlər.

Həbs edilən şəxslər daha bir qətl və soyğunçuluqda ittiham olunurlar.
İş məhkəməyə göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG