Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 20-21 mart 2013

Satıcılar üçün təkmilləşdirmə kursları keçirilir

4-15 mart tarixlərində Naxçıvan Biznes Mərkəzi tərəfindən İqtisadi İnkişaf Nazirliyinin tədris zalında «Pərakəndə və topdansatış ticarət obyektlərində müvafiq işçilərin mövcud ticarət qaydalarının tədrisi» istiqaməti üzrə satıcılar üçün yenidən qısamüddətli təkmilləşdirmə kursu təşkil olunmuşdur.

Təşkil olunan bu cür kurslar istehlakçıların hüquqlarının qorunmasında, eləcə də ticarət obyektlərinin fəaliyyətində mühüm rol oynayır. Ona görə hər bir sahibkar onların təlimləndirilməsində və peşəkarlıq səviyyələrinin artırılmasında maraqlı olmalıdır.

Kursun proqramında satıcı etikası, ticarət psixologiyası, avtomatik identifikasiya kodlarının mahiyyəti, reklam, onun növləri, əmtəə və onun istehlak dəyəri, əmtəələrin markalanması və qablaşdırılması, alıcı-satıcı münasibətləri, əmtəələrin saxlanması rejimi, əmtəələrin keyfiyyət ekspertizası, satış yerinin təşkili, malların qaytarılması və ya dəyişdirilməsi üsulları, malların düzülüşü, təqdim olunması, obyektdə sanitariya qaydaları, ticarət, iaşə və xidmət sahəsində qüvvədə olan qaydalar və onların icrası üzrə məsuliyyət kimi məsələlər əksini tapmışdır.

Təlim kursunda muxtar respublikada fəaliyyət göstərən müxtəlif ticarət obyektlərində çalışan 21 satıcı iştirak etmişdir. 10 gün davam edən kursun iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, Naxçıvan Biznes Mərkəzi tərəfindən satıcılar üçün təşkil edilən təkmilləşdirmə təlim kursları növbəti aylarda da davam etdiriləcəkdir.

Naxçıvan şəhərində yeni istixana kompleksi yaradılmışdır

«2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı»nın icrası sahəsində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Naxçıvan şəhərində yeni istixana kompleksi yaradılmışdır.

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istixana kompleksinə baxmışdır.

…Bildirilmişdir ki, kompleksdə 25 min zirə sortu xiyar və pomidor şitili əkilmişdir. Hər kolun məhsuldarlığı 25-30 kiloqram, müəssisənin illik istehsal gücü isə 200 tondur. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, pomidor və xiyar kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır.

…Baxış zamanı bildirilmişdir ki, muxtar respublikada özəl sektora göstərilən dövlət qayğısının hesabına sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, aqrar bölmədə yüzlərlə yeni istehsal müəssisəsi, kiçik fərdi təsərrüfatlar yaradılmışdır.

…Ali Məclisin Sədri muxtar respublika əhalisinin keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana komplekslərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, tərəvəz məhsullarına olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirmişdir.

Sahibkar Elçin Bağırov muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.

Şərhləri göstər

XS
SM
MD
LG