Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12
Gürcüstanın Poti limanında “APM Terminals” şirkətinin 300-dək işçisi xəbərdarlıq tətili keçirir.

İşçilər əmək şəraitinin yaxşılaşdırılması və maaş problemlərinin yoluna qoyulmasını tələb edirlər.
Bu barədə İnterfaks agentliyi xəbər verir.

Liman həmkarlar ittifaqının sədri Goca Ceminavanın sözlərinə görə, şirkət rəhbərliyi tələblərin yerinə yetiriləcəyini vəd edib.

Ötən ilin sonunda da Poti limanında maaşların artırılması və əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirilmişdi.
Şirkət rəhbərliyi həmin vaxt da tələblərin yerinə yetiriləcəyini vəd etdikdən sonra aksiya dayandırılıdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG