Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

İsrail-Türkiyə münasibətlərində buzlar əriyir


İsrail xüsusi təyinatlıları Türkiyənin «Mavi Mərmərə» gəmisində - 30 may 2010

İsrail xüsusi təyinatlıları Türkiyənin «Mavi Mərmərə» gəmisində - 30 may 2010

-
İsrailin Baş naziri Benjamin Netanyahu 3 il əvvəl Qəzza zolağının blokadasını yarmaq istəyən gəmilərə hücum zamanı qətlə yetirilmiş 9 Türkiyə vətəndaşına görə rəsmən üzr istəyib.

Martın 22-də İsrailin Baş nazirinin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la telefon söhbəti olub. Bu söhbəti İsraildən getməzdən bir az əvvəl ABŞ prezidenti Barack Obama-nın təşkil etdiyi bildirilir.

İsrail hökuməti öldürülən Türkiyə vətəndaşlarının ailələrinə kompensasiya ödəməyə də razılıq verib.

Fələstinlilərə humanitar yardım apardığı deyilən «Azadlıq donanması»nı İsrail hərbçiləri 2010-cu ilin mayında tutmuşdular. Silahlı insidentdən sonra Türkiyə İsraildəki səfirini geri çağırmış, ölkələr arasında hərbi əməkdaşlıq dondurulmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG