Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35
-
Mingəçevirdə insan haqları və siyasi rejim haqda filmlərdən ibarət sənədli film festivalı keçiriləcək.

Bu barədə Mingəçevir şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Festivalda 30-80 dəqiqə davam edən 10 filmin nümayişi planlaşdırılır. Filmlərin məzmunu insan hüquqları, siyasi rejim, əhalinin miqrasiyası kimi mövzulara və s. aiddir.

Festival eyni zamanda Cənubi Qafqazın 14 şəhərində keçirilir. Tədbirə giriş pulsuzdur.

Sənədli filmlərin nümayişindən sonra ekspertlər və qonaqların iştirakı ilə konkret filmin əhatə etdiyi müzakirələrin aparılması planlaşdırılır.

Festivalın cədvəli ilə www.caucadoc.com səhifəsində ətraflı tanış olmaq olar.

CAUCADOC sənədli filmlərin istehsalına və onların maarifləndirmə vasitəsi kimi nümayişinə dəstək verir.

2012-ci ilin martından Cənubi Qafqazda həyata keçirilən layihə 2014-cü ilin fevralına qədər davam edəcək.

Layihə Avropa İttifaqı və Çexiyanın İnkişaf Agentliyi tərəfindən maliyyələşir.
XS
SM
MD
LG