Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11
Ermənistanda bıçaqla silahlanmış bir şəxs zorla parlamentin binasına girmək istərkən parlamentin təhlükəsizlik qüvvələri onu yaralayıblar.

Yerli media məlumatlarına görə, həmin şəxs Ermənistan vətəndaşıdır.

Polisin məlumatına görə, həmin şəxs binaya girmək istəyəndə onun kim olduğunu soruşublar, o cavab verib ki, "İsa peyğəmbər."

Bundan sonra onun dayanmağını əmr ediblər, əmrə tabe olmayanda, ayağından güllə ilə vurublıar.

İnsidentin səbəbləri axıracan aydın deyil.
Həmin bıçaqlı şəxsin hazırda vəziyyəti haqda da rəsmi məlumat verilmir.

Bu hadisə Yerevanda 1999-cu ilin oktyabrındakı parlament qırğınını yada salır.

O vaxt bir qrup silahlı şəxs parlamentin iclas salonuna daxil olaraq o vaxt iclasda olan baş nazir Vazgen Sarkisianı, parlament sədri Karen Demirchianı, daha 5 yüksək vəzifəli şəxsi və bir jurnalisti öldürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG