Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

Yerevanda bıçaqla silahlanmış şəxs parlament binasına girmək istərkən yaralanıb


Ermənistanda bıçaqla silahlanmış bir şəxs zorla parlamentin binasına girmək istərkən parlamentin təhlükəsizlik qüvvələri onu yaralayıblar.

Yerli media məlumatlarına görə, həmin şəxs Ermənistan vətəndaşıdır.
Polis parlament binasında nə baş verdiyini şərh etməkdən boyun qaçırıb. Polis bildirir ki, istintaq başa çatmayınca, bir söz demək çətindir.

İnsidentin səbəbləri aydın deyil.
Həmin bıçaqlı şəxsin hazırda vəziyyəti haqda da rəsmi məlumat verilmir.

Bu hadisə Yerevanda 1999-cu ilin oktyabrındakı parlament qırğınını yada salır.

O vaxt bir qrup silahlı şəxs parlamentin iclas salonuna daxil olaraq o vaxt iclasda olan baş nazir Vazgen Sarkisianı, parlament sədri Karen Demirchianı, daha 5 yüksək vəzifəli şəxsi və bir jurnalisti öldürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG