Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:06

ABŞ və Avropa Birliyi PKK liderinin zorakılığa son qoyulması çağırışını razılıqla qarşılayır


ABŞ PKK lideri Abdulla Öcalanın zorakılıq hərəkətlərinin dayandırılması haqda açıqlmasını razılıqla qarşıyıb. CNNTürk-ün məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bunu müsbət addım adlandırıb.
«ABŞ, bu məsələdə daha parlaq gələcəyə gedən doğru yol istiqamətində Türkiyə xalqını dəstəkləməkdə davam edəcək».

Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuelenin və Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashtonun birgə açıqlamasında deyilir: «PKK-ya bu gün edilən silahı buraxın, Türkiyə sərhədlərinin xaricinə çəkilin çağırışını və buna müsbət reaksiyaları məmnuniyyətlə qarşılayırıq. Bu, çox sayda insan itkisinə səbəb olan problemi tamamlama məqsədiylə davam edən yeni, əhəmiyyətli addımdır»-deyə bildirilir.

Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalan martın 21-də silahlı mübarizənin dayandırıldığını elan etdi.
XS
SM
MD
LG