Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:48

ABŞ PKK-nın qərarını alqışlayır


Dövlət Departamentinin sözçüsü Victoria Nuland
Dövlət Departamentinin sözçüsü Victoria Nuland
-
ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland, martın 21-də PKK-nın (Kürd Fəhlə Partiyası) zorakılıq hərəkətlərini dayandırması istiqamətində açıqlamasını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
CNNTürk-ün məlumatına görə, Victoria Nuland, PKK-nın açıqlamasını, Türkiyədə 30 ildən çoxdur davam edən gərginliyin sona çatması istiqamətində müsbət bir addım kimi qiymətləndirib.
Sözçü qeyd edib ki, türk hökuməti və maraqlı tərəflərin ölkədə demokratiyanı, bütün vətəndaşların həyatlarını inkişaf etdirəcək sülhə olan cəhdlərini alqışlayırıq:
«ABŞ, bu məsələni daha parlaq bir gələcəyə gedən doğru yol istiqamətində Türkiyə xalqını dəstəkləməyə davam edəcək».
AVROPA BİRLİYİNİN AÇIQLAMASI
Avropa Birliyi rəsmiləri də PKK-nın açıqlamasına münasibət bildirib.
Kürdlərin Diyarbəkirdə bayram mitinqi
Kürdlərin Diyarbəkirdə bayram mitinqi
Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Fuelenin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton-la birgə açıqlamasında, «PKK-ya bu gün edilən silah burax, Türkiyə sərhədlərinin xaricinə çəkilin çağırışını və buna müsbət reaksiyaları məmnuniyyətlə qarşılayırıq. Bu, çox sayda insan itkisinə səbəb olan problemi tamamlama məqsədiylə davam edən yeni, əhəmiyyətli addımdır»-deyə bildirilir.
Hazırda Türkiyədə həbsdə olan Kürdüstan Fəhlə Partiyasının (PKK) keçmiş lideri Abdullah Öcalan atəşkəs elan edib.
Onun bəyanatını kürd deputat Diyarbəkirdə keçirilən böyük mitinqdə elan edib.
Öcalan kürd yaraqlılarını hərbi əməliyyatları dayandırmağa və Türkiyədən çəkilməyə çağırıb.
O, Türkiyədə demokratik prosesə qapı açıldığını bildirib.
Mitinqdə 200 minədək adam iştirak edib.
Öcalan 1999-cu ildə Keniyada tutulub.
1984-cü ildən bu yana kürd separatçıları ilə Türkiyə ordusu arasında gedən silahlı mübarizədə 40 minədək adam ölüb.
XS
SM
MD
LG